Qazaxıstanda 4 mindən artıq ev su altında qalıb

Dünya

07.04.2024 - 08:29

cedabet Klinikalar SEO Xidməti

Bəzi ərazilərdən 63 mindən çox insanı təxliyə edilib

Qazaxıstanda daşqınlar nəticəsində 4 mindən artıq ev su altında qalıb.

AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması şöbəsinin rəhbəri Kaharman Orazalin bildirib.

Onun sözlərinə görə, daşqınlarla əlaqədar on rayonda fövqəladə vəziyyət elan edilib və xilasedicilər ölkənin bəzi ərazilərindən 63 mindən çox insanı təxliyə ediblər.

Qeyd olunub ki, xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş