Qazaxıstan və Ermənistan arasında 16 sənəd imzalanıb

Dünya

21.11.2025 - 16:24

Tokayevlə Paşinyan arasındakı görüşdən sonra sənədlər imzalanıb

Qazaxıstan və Ermənistan liderləri Kasım-Jomart Tokayev və Nikol Paşinyanın Astanada keçirilən danışıqlarından sonra iki ölkə arasında 16 sənəd imzalanıb. AYNA.AZ bu barədə Qazaxıstan mediasına istinadən bildirir.

Qeyd olunub ki, Tokayev və Paşinyanın birgə bəyanat qəbul etdikləri və onların iştirakı ilə rəsmi nümayəndə heyətlərinin üzvlərinin hökumətlərarası və idarələrarası sənədləri mübadilə ediblər.

Bunlara Qazaxıstan-Ermənistan Biznes Şurasının yaradılması, məxfi məlumatların ötürülməsi, istifadəsi, qorunması və təhlükəsizliyi, eləcə də 2026-2030-cu illər üçün ticarət və iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi daxil olmaqla bir sıra sazişlər daxildir.

Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq, elm və ali təhsil sahəsində əməkdaşlıq və digər sənədlər barədə də memorandumlar imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş