"SK-Farmasiya" şirkəti Rusiyanın Birbaşa İnvestisiyalar Fondu ilə anlaşma sazişi imzalayıb
Qazaxıstan Rusiyadan koronavirusa qarşı istehsal olunan “Sputnik V” peyvəndi almaq qərarı verib. AYNA xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Nazirinin saytında məlumat qeyd olunub.
Bildirilib ki, Qazaxıstanın dərman vasitələrinin vahid distribüteri olan "SK-Farmasiya" şirkəti Rusiyanın Birbaşa İnvestisiyalar Fondu ilə “Sputnik V” peyvəndinin zəmanətli həcminin ayrılması barədə anlaşma sazişi imzalayıb.
Rusiyanın N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi Qazaxıstan üçün peyvəndin lazımi həcmini hazırlamağa hazır olduğunu açıqlayıb. Bu peyvənddən istifadə klinik sınaqların bütün mərhələlərini keçdikdən sonra mümkün olacaq.