Qazaxda tələbələr dönər yedikdən sonra zəhərləniblər

Xəbərlər

11.10.2024 - 10:35

Həkimlər Klinikalar SEO Xidməti

AQTA araşdırmalara başlayıb

Qazaxda zəhərlənən 18 tələbə xəstəxanaya yerləşdirilib. AYNA  xəbər verir ki, oktyabrın 10-da saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində yedikləri dönərdən zəhərləndiyi ehtimal edilən tələbələr xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az