Qazaxda qəza: İki nəfər xəsarətlər alıb

Hadisə

12.07.2020 - 19:58

“Opel”lə “Shacman” toqquşub

 

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. AYNA-nın APA-a istinadən məlumatına görə, qəza zamanı 1991 ci il təvəllüdlü Məmmədov Anar və 1985 ci il təvəllüdlü Novruzlu Rahim xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Yaralıların vəziyyəti ağır olduğundan Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.

 

Qeyd edək ki, bu gün Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az