Qazaxda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb - FOTO

Hadisə

30.03.2026 - 01:01

Gənc qız yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək vəfat edib

Qazax rayonunun Daş Salahlı kənd sakini olan 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb.

AYNA.AZ xəbər verir ki, 2008-ci il təvəllüdlü Avgül Quliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək vəfat edib.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Quliyeva Daş Salahlı kənd 1 saylı orta məktəbin şagirdi olub. 

Qazaxda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş