Hazırda hımin şəxsin vəziyyətinin ağır olduğu bildirilir
Qazaxda zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.
1968-ci il təvəllüdlü Qəmər Ömərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Q.Ömərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.