Qazax polisi rayon sakinindən narkotik götürüb

Hadisə

13.07.2021 - 01:54

Həkimlər Klinikalar SEO Xidməti

Götürülən maddi sübut ekspertizaya təqdim edilib

 

Qazax sakinində narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini İlham Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

 

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bağlamada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

 

Faktla bağlı Qazax RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş