Bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib
Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 700 kiloqram olan 5 431 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.