Qarşıdakı iki gün ərzində diqqətli olun

Xəbərlər

29.07.2020 - 18:22

cedabet dərman SEO Xidməti

Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

 

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

 

AYNA- xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib. Onun sözlərinə görə, buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

 

“Meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır”, - Əliyev bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş