Qaradağda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Xəbərlər

15.01.2025 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Ticarət mərkəzində iki mağazanın qarşısından oğurluq olub

Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində iki mağazanın qarşısından oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2 500 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Novruzov və 43 yaşlı A.Mustafayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş