Yeni vakansiyalar elan edilib
Qarabağ Universiteti Mühəndislik fakültəsinə yeni vakansiyalar elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, universiteti "Riyaziyyat", "Fizika", "Mexanika", "İnşaat", "Elektrik və elektronika", "Kompüter və informasiya texnologiyaları", "Logistika və nəqliyyat texnologiyaları" istiqamətləri üzrə müəllim axtarışına çıxıb.