"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb

İdman

31.08.2023 - 21:54

Bakıda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. AYNA-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisnin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlarda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.

Müəllif: Ayna.az