Mahir Emreli "Legiya" ilə müqavilə imzalayıb

İdman

08.06.2021 - 23:19

Forvard yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək

 

Polşanın "Legiya" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb.

 

 AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb.

 

Forvard yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

Müəllif: Ayna.az