Futbol klublarımıza cəza kəsildi

İdman

21.08.2019 - 17:02

“Qarabağ” klubu 800 manat məbləğində cərimə olunub

 

AFFA-nın İntizam Komitəsi bir neçə cərimə qərarı qəbul edib. AYNA AFFA-nın rəsmi saytına istinadən həmin qərarları təqdim edir:

 

- 16 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII  Premyer Liqanın I turunun “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).

 

- “Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur (maddə 49.6).

 

- 17 avqust 2019-cu il, 2019/2020 mövsümündə,  XXVIII Premyer Liqanın I turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

 

Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).

 

Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 41.6).

 

Oyun “Sumqayıt” klubunun ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunur (maddə 69.5).

 

- 19 avqust 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın I turunun “Neftçi” – “Sabah” matçında  “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

Müəllif: Ayna.az