“Neftçi” 40 yaşlı mütəxəssislə müqavilə bağlayıb

İdman

14.09.2020 - 03:09

Elşən Poladov klubun məşqçilər korpusuna təyinat alıb

 

“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqçilər korpusuna yeni təyinat olub. AYNA klubun rəsmi saytına istinadən bildirir ki, Elşən Poladov bundan sonra komandada qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə bir il müddətinə müqavilə bağlanıb.

 

Qeyd edək ki, Poladov “Xəzər” (Sumqayıt), “Kimyaçı” (Sumqayıt), OİK (Bakı), “Şəfa” (Bakı), “Dinamo” (Bakı), “Bakı”, “Turan” (Tovuz), “Şəmkir”, “Olimpik” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) klublarında oynayıb.

 

“Bakı” və “İnter”lə Azərbaycan çempionu, “Şəfa” və “Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. “Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə