“Qarabağ” koronavirusa yoluxanların adlarını rəsmən açıqlayıb

İdman

03.12.2020 - 03:14

Həkimlər Klinikalar SEO Xidməti

Komandanın baş məşqçisi Qurban Qurbanovun da testinin nəticəsi pozitiv çıxıb 

 

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacağı İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə oyundan öncə UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

 

AYNA Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

 

Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçidə də koronavirus aşkarlanıb.

 

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçilər Elvar Quliyevlə Aydın Rüstəmovda testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

 

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

 

Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçu Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün “Makkabi” ilə oyunun heyətinə əlavə edilməyib.

Müəllif: Ayna.az