Qara dənizdə gəmi batıb

Dünya

18.05.2024 - 15:35

Həkimlər Klinikalar SEO Xidməti

Gəminin ekipajı 11 nəfərdən ibarət olub

Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Mohammed-Z” gəmisi batıb. AYNA xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.

Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.

Qeyd edilib ki, “Mohammed -Z”in ekipajı 11 nəfərdən - 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş