“İran bütün ssenarilərə hazırlaşıb, bizim qırmızı xətlərimizi keçiblər”
“İran bütün ssenarilərə hazırlaşıb, Əli Xameneyinin yolu ilə rəliləyəcəyik”. AYNA.AZ xəbər verir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf İran Dövlət Televiziyasında yayımlanan müraciətində deyib.
Spiker deyib ki, ABŞ və İsrailin zərbələri nəticəsində Ali Rəhbər ayətullah Əli Xameneyinin həlak olmasından sonra ölkə “bütün ssenarilərə”, o cümlədən atılacaq növbəti addımlara hazırlaşıb.
“ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu bizim qırmızı xətlərimizi keçiblər. Bunun acı nəticələri ilə üzləşəcəklər. Xameneyinin yolu ilə qətiyyətlə irəliləməyə davam edəcəyik”, - Qalibaf vurğulayıb.