Putinlə Rəisi arasında telefon danışığı olub

Dünya

18.08.2023 - 12:05

cedabet dərman SEO Xidməti

Prezidentlər Moskva ilə Tehran arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. AYNA rus mediasına istinadən xəbər verir ki, liderlər ticarət, enerji, nəqliyyat, logistika və ətraf mühitin mühafizəsi sahələrində ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

“Hər iki tərəf Rusiya-İran münasibətlərinin əldə edilmiş yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Ticarət, enerji, nəqliyyat, logistika və ekoloji sahələrdə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyəti təsdiqlənib”, - Kremlin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

Prezidentlər beynəlxalq və regional məsələlərdə əməkdaşlığın genişləndirilməsi məsələlərini, o cümlədən İranın Şanxay Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzv kimi iştirakını, eləcə də BRİKS fəaliyyətlərinə qoşulmaq marağının nəzərə alınmasını müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş