Liderlər arasında rəsmi və qeyri rəsmi müzakirələr olacaq
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Putin Paşinyanı Ermənistanda keçirilən seçkinin nəticələrinə görə təbrik edib.
Rusiya lideri həm rəsmi, həm də qeyri-rəsmi görüş zamanı həlli tələb edilən məsələlər barədə ətraflı müzakirələrin aparılacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, Paşinyan iyulun 7-də Moskvaya səfər edib.