Putinlə Merkelin telefon danışığı olub

Dünya

16.12.2019 - 21:28

Həkimlər Klinikalar SEO Xidməti

“Normand dördlüyü” sammitinin nəticələri müzakirə olunub

 

Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkelin telefon danışığı olub.

 

AYNA xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Danışıq Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Söhbət zamanı dekabrın 9-da Parisdə baş tutan “normand dördlüyü” sammitinin nəticələri müzakirə olunub.

 

Sammit zamanı Donbas məsələsinin tənzimlənməsində təməl sayılan Minsk Tədbirlər Kompleksinin reallaşdırılması istiqamətində fərdi addımlar razılaşdırılıb. Bundan başqa, Liviyadakı böhran problemindən danışılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş