Putinin Ərdoğanla danışıqlarının mövzuları açıqlanıb

Dünya

05.02.2024 - 12:52

cedabet dərman SEO Xidməti

Rusiya və Türkiyə qaz məsələsini və Suriyanı müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Ərdoğan arasında planlaşdırılan görüşdə tərəflər bir sıra mühüm siyasi və iqtisadi məsələləri müzakirə etməyi planlaşdırırlar. AYNA bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, liderlər qaz təchizatı və Akkuyu Atom Elektrik Stansiyasının (AES) tikintisi məsələlərinə diqqət yetirəcəklər. Bundan əlavə, prezidentlər Suriya və Qəzza zolağındakı vəziyyəti dəyərləndirəcəklər. Digər bənd Ukrayna ilə “taxıl sazişi” olacaq.

Qeyd edək ki, “Reuters”in məlumatına görə, Vladimir Putinin Türkiyəyə səfəri fevralın 12-də baş tutacaq. Anonim türk rəsmisi səfərlə bağlı məlumatı təsdiqləyib və səfərin konkret tarixini açıqlayıb. Qeyd olunub ki, bu, Rusiya liderinin 2020-ci ildən sonra NATO ölkəsinə ilk səfəri olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş