“Vaşinqtonun rəngli inqilablara dəstəyi Ukraynada böhrana səbəb oldu”
“Vaşinqtonun xarici siyasətində rəngli inqilablara dəstək kimi alətlərdən istifadə etməsi, 2014-cü ildə Kiyevdə dövlət çevrilişinə dəstəyi nəticədə bugünkü Ukrayna böhranına gətirib çıxardı”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, bu hərəkətlər həm də Rusiya-Amerika münasibətlərinin korlanmasına gətirib çıxarıb.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya və ABŞ qaynar münaqişə mərhələsindədir.