Putin Soçidə MAQATE rəhbəri ilə görüşəcək

Dünya

06.03.2024 - 15:07

cedabet dərman SEO Xidməti

“Qrossi və Lixaçev təmasları barədə dövlət başçısına məlumat verəcəklər”

Rusiya Prezidenti Vladimir Putin Soçidə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşəcək və “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə danışıqların təfərrüatlarını müzakirə edəcək. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Prezident Soçidə olan MAQATE baş direktoru Rafael Qrossini qəbul edəcək. Qrossi və onun Rusiya tərəfdən olan həmkarı, “Rosatom”un rəhbəri Aleksey Lixaçev təmasları barədə dövlət başçısına məlumat verəcəklər”, – Peskov bildirib.

Qeyd edək ki, martın 5-də Qrossi Rusiyaya səfərə gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş