Putin: “Rusiyanın heç bir ərazini zəbt etmək marağı yoxdur”

Dünya

05.10.2023 - 19:53

Rusiya Prezidenti: "Qərb elitasının müəyyən hissəsinin həmişə düşmənə ehtiyacı var"

“Ukrayna böhranı ərazi münaqişəsi deyil. Rusiyanın hansısa əraziləri zəbt etmək marağı yoxdur”.

AYNA-nın "Report"a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.

Rusiya lideri qeyd edib ki, davamlı sülh o zaman bərqərar olacaq ki, hər kəs özünü təhlükəsiz hesab edəcək.

Putinin sözlərinə görə, Qərbdəki kontragentlər bütün qaydaları pozublar.

O əlavə edib ki, özünü müstəqil aparan hər kəs Qərb üçün yox edilməli olan birinə çevrilir: “Qərb elitasının müəyyən hissəsinin həmişə düşmənə ehtiyacı var - dünya bizimlə onlar arasında qarşıdurmaya sürüklənir”.

Rusiya Prezidenti vurğulayıb ki, bəzilərinin təhlükəsizliyini digərlərinin hesabına təmin etmək mümkün deyil, harmoniya əldə etmək olar - sadəcə qüruru bir kənara qoymaq lazımdır: "Rusiya bütün ölkələrin bərabərliyinin tərəfdarıdır. Heç kim tabe olmamalı və öz maraqlarını başqalarından asılı etməməlidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş