Putin Rusiya Təhlükəsizlik Şurasında kadr dəyişiklikləri edib

Dünya

13.03.2026 - 17:33

Pavel Konovalçik vəzifəsindən azad edilib

Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Pavel Konovalçik vəzifəsindən azad edilib. AYNA.AZ xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərman rəsmi hüquqi informasiya portalında dərc edilib.

Sənəddə deyilir: "Pavel Mixayloviç Konovalçik Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilsin".

Dövlət başçısının qərarının səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş