“Putin Qərbə xəbərdarlıq etdikdən sonra Afrikanı silahlandıra bilər”

Dünya

07.06.2024 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

Qarland Nikson: “Rusiya afrikalılara kömək etməyə başlayacaq, onları yenidən silahlandıracaq ki...”

Rusiya Afrika ölkələrini ABŞ-dan müdafiə etmək üçün silahlandıra bilər. AYNA xəbər verir ki, bu fikirlə amerikalı jurnalist Qarland Nikson Rusiya Prezidenti Vladimir Putinin üçüncü ölkələrə silah tədarük etməyə hazır olması barədə xəbərdarlığını şərh edərkən deyib.

Jurnalist Afrikanı malik olduğu resurslara görə “ABŞ-ın dünyaya hakim olmaq planında əsas tapmaca” adlandırıb.

“Düşünürəm ki, Rusiya afrikalılara kömək etməyə başlayacaq, onları yenidən silahlandıracaq ki, özlərini Amerika imperializmindən qoruya bilsinlər”, - jurnalist bildirib.

Nikson hesab edir ki, Rusiya hakimiyyəti Vaşinqtonun qitədə dövlət çevrilişləri etməsinin qarşısını almaq üçün Afrikada məskunlaşmaq niyyətindədir.

Daha əvvəl Putin bildirib ki, Rusiyanın Ukraynaya silah ötürən dövlətlərin həssas hədəflərinə hücumların həyata keçiriləcəyi bölgələri silahla təmin etmək hüququ var. O, cavabın "asimmetrik ola biləcəyini" vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş