Putin Qazaxıstana səfər edəcək

Dünya

25.05.2026 - 15:46

Tokayev və Putin Qazaxıstan və Rusiya arasında müttəfiqlik münasibətlərinin perspektivlərini müzakirə edəcəklər

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev və Qazaxıstanda dövlət səfərində olacaq Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında müttəfiqlik münasibətlərinin perspektivlərini müzakirə edəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"27-29 may tarixlərində Prezident Kasım-Comart Tokayevin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfəri edəcək. Danışıqlar zamanı dövlət başçıları Qazaxıstan və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətini və gücləndirilməsi perspektivlərini müzakirə edəcəklər", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş