“Bütövlükdə regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikir məni çox maraqlandırır”
Rusiya Prezidenti Vladimir Putin Moskvada suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bütövlükdə regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikir məni çox maraqlandırır. Təəssüf ki, pisləşməyə meyllidir, biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir”, - Rusiya lideri Kremldə keçirilən ikitərəfli görüş zamanı bildirib.
Öz növbəsində Əsəd də “bu gün dünyada və bütövlükdə Avrasiya regionunda baş verən bütün hadisələri” nəzərə alaraq Rusiya-Suriya danışıqlarının vacibliyini vurğulayıb.