Putin Lukaşenko ilə Soçidə görüşəcək

Dünya

11.09.2020 - 16:50

Liderlər ortaq enerji layihələrini müzakirə edəcəklər

 

Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenkonun görüş yeri və tarixi bilindi. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, liderlər Soçidə görüşəcəklər.

 

Belarus Prezidenti 14 sentyabrda Rusiyaya gələcək. İki ölkə liderinin ortaq enerji layihələrini müzakirə edəcəkləri bildirilib.

 

Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, prezidentlərin danışıqlardan sonra sənədlərin imzalanması, mətbuat konfransı və birgə bəyanat vermələri planlaşdırılmayıb.

Müəllif: Ayna.az