Putin Kozakı vəzifəsindən azad edib

Dünya

19.09.2025 - 14:09

Rusiya Prezidenti fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Dmitri Kozakın Prezidentin İcra Aparatı rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

“Dmitri Nikolayeviç Kozak Rusiya Federasiyası Prezidentinin İcra Aparatı rəhbərinin müavini vəzifəsindən azad edilsin”, - fərmanda qeyd edilib.

“Vzqlyad” qəzetinin məlumatına görə, Prezidentin mətbuat katibi Dmitri Peskov Kozakın istefa ərizəsini öz istəyi ilə verdiyinə aydınlıq gətirib. Kütləvi informasiya vasitələri Kozakın gedişindən sonra biznes sahəsində karyera qurmaq üçün müxtəlif təklifləri nəzərdən keçirdiyini yazıb.

Kozak 2000-ci ildən Prezidentin İcra Aparatında çalışıb. O regional inkişaf naziri və Baş nazirin müavini kimi bir sıra mühüm dövlət vəzifələrində çalışıb. 2020-ci ildə Prezidentin İcra Aparatı rəhbərinin müavini olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş