Putin: “Dürüst seçkilər daxili siyasi sabitlik üçün vacibdir”

Dünya

16.11.2023 - 15:39

cedabet dərman SEO Xidməti

“Rusiyada seçkilərə istənilən müdaxilə cəhdinin qarşısı alınacaq”

“Seçkilərin ədalətli keçirilməsi ölkənin daxili siyasi sabitliyinin təmin edilməsində mühüm rol oynayır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkənin seçki komissiyalarının nümayəndələri ilə görüşdə deyib.

Putin qeyd edib ki, Rusiyada seçkilər aydın, dürüst, açıq və qanuna uyğun keçirilməlidir.

Rusiya lideri əlavə edib ki, bu proseslərdə əsas rol birmənalı olaraq seçki komissiyalarına məxsusdur.

“Rusiyada seçkilərə istənilən müdaxilə cəhdinin qarşısı alınacaq”, - deyə Putin vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş