Rusiya XİN Putinin Çinə dövlət səfərinin bu il baş tutacağını açıqlayıb
Rusiya Xarici İşlər Nazirliyi Rusiya lideri Vladimir Putinin Çinə dövlət səfərinin bu il baş tutacağını açıqlayıb. Bu barədə AYNA TASS-a istinadən bildirir.
XİN-in məlumatında qeyd olunub ki, Çin rəhbəri Si Cinpin Rusiya xarici işlər naziri Sergey Lavrovun Pekinə səfərini Putinin bu il Çinə gözlənilən dövlət səfərinə hərtərəfli hazırlığın mühüm mərhələsi kimi alqışlayıb.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Lavrovun Çinə səfərini “ən yüksək səviyyədə təmaslara hazırlıq” adlandırmışdı.