Rusiya Prezidenti naməlum səbəblərdən görüşdən imtina edib
Rusiya Prezidenti Vladimir Putin və “Telegram”ın yaradıcısı Pavel Durov eyni vaxtda Bakıda olublar. AYNA bildirir ki, “Baza”nın məlumatına görə, Putinə Durovla görüş təşkil etmək təklif edilib, lakin o, naməlum səbəblərdən imtina edib.
Rusiya nümayəndə heyəti artıq Azərbaycanı tərk edib, amma Pavel Durov Azərbaycanda qalıb.
Dünən İnternet Müdafiə Cəmiyyətinin direktoru Mixail Klimarev bildirib ki, Rusiya hakimiyyəti bazar günündən bazar ertəsinə keçən gecə “Telegram”ın bloklanmasını sınaqdan keçirib. Bildirib ki, Rusiyada messencerin işində irimiqyaslı pozuntular qeydə alınıb.