Putin AZAL təyyarəsinin qəzasından danışıb: “Araşdırma obyektiv olacaq”

Xəbərlər

10.10.2025 - 18:32

“Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır”

Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

"Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi", - o əlavə edib.

Rusiya lideri əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır.

"Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik", - o vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş