Putin Aleksey Uşakovu Peruya səfir təyin etdi

Dünya

24.03.2026 - 19:11

İqor Romançenko vəzifəsindən azad edilib

Rusiya Prezidenti Vladimir Putin Aleksey Uşakovu Rusiyanın Perudakı səfiri təyin edib. İqor Romançenkonu isə vəzifəsindən azad edib. AYNA.AZ xəbər verir ki, müvafiq fərman hüquqi aktların dərc edilməsi üçün rəsmi portalda yerləşdirilib.

Sənəddə deyilir: "Aleksey Anatolyeviç Uşakov Rusiya Federasiyasının Peru Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Uşakov əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin İnsan Resursları Departamentinin direktor müavini vəzifəsində çalışıb. 2021-ci ildə o ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsinə yüksəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş