Putin 3 generalı istefaya göndərib

Dünya

06.08.2020 - 06:52

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti fərman imzalayıb 

 

Rusiya Prezidenti Vladimir Putin Federasiyanın İstintaq Komitəsinin 3 generalının və bir polkovnikinin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, bunlar İstintaq Komitəsinin Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Sergey Vazyulin, İrkutsk vilayətinin İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Andrey Bunev, Kuban istintaq şöbəsinin rəhbəri ədliyyə general-leytenantı Vadim Buqaenko və Baş İdarə rəisi polkovnik Rif Qayututdinovdur.

 

Nəşrin məlumatına görə, onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş