Puerto-Riko hökuməti hesab edir ki, ölkə yeni ştat kimi ABŞ-ın tərkibinə daxil olmalıdır
Puerto-Riko adanın statusu ilə bağlı referendum keçirilməsini planlaşdırır. Vətəndaşlar, “Puerto-Riko dərhal Amerika Birləşmiş Ştatlarının tərkibinə qəbul olunmalıdırmı?”, sualına referendumda cavab verəcəklər.
AYNA xarici mediaya istinadən bildirir ki, referendumun bu il noyabrın 3-də keçirilməsi barədə qətat verilib. Puerto-Riko hökuməti hesab edir ki, ölkə yeni ştat kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.
Xəbərdə qeyd edilir ki, hökumətin bu istəyi iqtisadi problemlərlə bağlıdır. Çünki, hazırda Puerti-Rikonun xarici borcu 80 milyard dollardan çoxdur. Yoxsulluq həddi isə 45 faiz səviyyəsindədir.
Bununla belə, əgər Puerti-Riko əhalisi ABŞ-ın tərkibinə daxil olmağa razılaşsalar da, bu ölkənin 51-ci ştat olması sual altındadır. Ona görə ki, referendumun nəticələrinin ABŞ-da icrası məcburi deyil. Yeni ştatın ölkənin tərkibinə daxil olması ilə bağlı qərar ABŞ Konqresində də qəbul olunmalıdır.