“Professor Gül” daha 26 nəfəri Qazaxıstana apardı

Xəbərlər

03.07.2020 - 16:19

cedabet dərman SEO Xidməti

Ümumilikdə 140 Qazaxıstan vətəndaşı və 86 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb

 

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan və bir Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıb. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AYNA-ya bildirilib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

 

Xatırladaq ki, cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ayda isə ümumilikdə 140 Qazaxıstan vətəndaşı və 86 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş