Priqojin Rusiya ordusunu hərbi rəhbərliyə qarşı qiyama çağırıb

Dünya

24.06.2023 - 10:54

“Vaqner”in rəhbəri Rusiyaya daxil olub

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya ordusunu bu ölkənin hərbi rəhbərliyinə qarşı silahlı qiyama çağırıb.

AYNA xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Məlumata görə, Rusiya hakimiyyəti ölkənin bir sıra bölgələrində, o cümlədən Moskva şəhəri və vilayətində, eləcə də Voronejdə antiterror əməliyyat rejimi elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş