“Buna əsas səbəb maska və sosial məsafə tələblərinə riayət olunmamasıdır”
Xüsusi karantin rejiminin tətbiqi ilə bərabər, ev şəraitində müalicə olunanlarla bağlı xüsusi paketlərin hazırlanması nəzərdən keçirilir. AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
Bildirib ki, hər bir şəxs dövlətin qarşıya qoyduğu vəzifə və tapşırıqlara riayət etməlidir: “Avropa ölkələrindən birinin nümayəndəsi dedi ki, Azərbaycanda həyata keçirilən tədbirlərin heç 20 faizi onların ölkəsində həyata keçirilməyib. Ancaq həmin ölkədə yoluxmaların səviyyəsi Azərbaycandan azdır. Buna əsas səbəb maska və sosial məsafə tələblərinə riayət olunmamasıdır”.