Yerli xəbər agentlikləri məlumatın doğru olduğunu yazır
İran Prezidenti Həsən Ruhaninin köməkçisinin koronavirusa yoluxduğu iddia edilir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iddia rəsmi şəxslər tərəfindən hələlik təsdiqlənməsə də, yerli xəbər agentlikləri məlumatın doğru olduğunu bildirir.
Qeyd edək ki, bu yaxınlarda İranın ilk qadın naziri Məsumə Ebtekarın da koronavirusa yoluxduğu bildirilmişdi.