Ramiz Həsənov nazir müavini vəzifəsindən azad edildi, səfir təyin olundu, Anar Məhərrəmov geri çağırıldı
Prezident İlham Əliyev bir neçə səfirin geri çağırılması, yeni səfirlər təyin etməsi barədə sərəncamlar imzalayıb.
AYNA Prezidentin rəsmi saytına istinadən bildirir ki, İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident Zaur Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ölkə başçısının sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Eldar Nadir oğlu Səlimov isə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.