Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva səfərdən paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində Prezident İlham Əliyevlə Zəngilan səfərindən yeni görüntü paylaşıb.
AYNA xəbər verir ki, birinci xanımın paylaşımındakı görüntülərdə yol gedən zaman Prezident İlham Əliyevin Azərbaycan Radiosunda “Ey Vətən” mahnısını dinlədiyi müşahidə edilib.
Qeyd edək ki, Azərbaycan Radiosu Zəngilanda 100.5 FM dalğasında yayımlanır.