Prezident: “Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq”

Xəbərlər

01.09.2025 - 17:44

“Zəngəzur dəhlizi yaxın və uzaq qonşularımıza fayda gətirəcək”

“Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək”.

AYNA.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, “Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş