Prezident Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Siyasət

03.11.2021 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə İlham Əliyevin Xorvatiyaya səfəri məmnunluqla xatırlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

AYNA xəbər verir ki, söhbət zamanı “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya səfəri və həmin səfər zamanı Kolinda Qrabar-Kitaroviçlə görüşü məmnunluqla xatırlanıb, bu səfərin əlaqələrimizin genişləndirilməsində rolu qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş