Prezident “Qarabağ”ı təbrik edib

Xəbərlər

22.01.2026 - 09:07

"Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq..."

Prezident İlham Əliyev “Qarabağ”ın “Ayntraxt” üzərində qələbəsi münasibəti ilə təbrik edib. AYNA.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı paylaşım edib.

“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş