İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
AYNA.AZ xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri - Abiddin Qabil oğlu Hüseynov və Toğrul Aydın oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilir.