Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
AYNA.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, əvvəlcə dövlət başçısı BMT-nin fəxri qonaqlar kitabını imzalayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş birgə foto çəkdiriblər.